Naxçıvanda qoşunlar tam döyüşə hazırolma vəziyyətinə gətirildi


Digərləri 13 Noy 2018 19:20:00 258 0

Naxçıvanda qoşunlar tam döyüşə hazırolma vəziyyətinə gətirildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.

Son.az xəbər verir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.


Xəbərə aid fotolar