Vəzifəli şəxs 14 yaşlı oğlunun maşınla adam vurmasından danışdı: "Nənəsi deyib ki..."


Digərləri 13 Noy 2018 18:22:00 225 0

Vəzifəli şəxs 14 yaşlı oğlunun maşınla adam vurmasından danışdı: "Nənəsi deyib ki..."

Şabran rayonu Uzunboyad kəndində 14 yaşlı oğlanın maşınla vurub xəsarət yetirdiyi 2005-ci il təvəllüdlü Səkinə İsmayılova evə buraxılıb.

Son.az xəbər verir ki, hadisəni törədən Tofiq Muradovun atası, Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradov Publika-ya bildirib ki, S.İsmayılovanın həyatı üçün təhlükə yoxdur və ayağına gips qoyulandan sonra o, ambulator müalicəyə yazılıb. Bələdiyyə sədri əlavə edib ki, hadisə vaxtı o, kənddə deyil, Xaçmazda olub:

"Mən Xaçmazda idim, zəng edib dedilər ki, uşaq maşınla sinif yoldaşını vurub. Çox şükür ki, ağır xəsarət almayıb. Hadisə uşaq məktəbdən evə gələndən sonra baş verib. Nənəsi Tofiqə maşının açarını verib. Deyib ki, təzyiqim var, get tibb bacısını gətir, iynə vursun. Uşaq da evdən təxminən 500 metr aralanandan sonra bu hadisəni törədib. Heç kim istəməzdi ki, belə bir hadisə olsun".