“Lukoil” qaz hasilatını 19,2% artırıb


Digərləri 13 Noy 2018 18:04:00 366 0

“Lukoil” qaz hasilatını 19,2% artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın "Lukoil" neft-qaz şirkətinin gündəlik karbohidrogen hasilatı orta hesabla 2,301 min barel təşkil edib.

Mili.Az Report-a istinadən bildirir ki, bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 3,7% çoxdur. Hasilatın artımına səbəb Özbəkistanda qaz layihələrinin inkişafı ilə bağlıdır.

2018-ci ilin III rübündə şirkət tərəfindən hasil edilən orta gündəlik karbohidrogenin həcmi 2,327 min barel olub ki, bu da 2018-ci ilin II rübü ilə müqayisədə 1,7% çoxdur. Bu isə Rusiyada neft hasilatının artımı ilə bağlıdır.