Dünya İrsində Meksika


Digərləri 13 Noy 2018 17:49:00 280 0

Dünya İrsində Meksika

Noyabrın 7-də, Meksikanın Azərbaycandakı Səfirliyi Art Council Azerbaijan-la əməkdaşlıq əsasında Fantaziya festivalı çərçivəsində baş tutan sərginin açılış mərasimi keçirdi.

Son.az xəbər verir ki, İçərişəhər, Art Tower-də yer alan bu sərgi noyabrın 10-na qədər ziyarətçilər üçün açıq olacaq.

Bu sərgidə meksikalı fotoqraf Adalberto Rios Szalayın "Meksika məkanları - Bəşəriyyətin İrsi" adlı sərgisinə aid 19 fotoşəkil təqdim olunur və onlar Meksikanın YUNESKO tərəfindən Dünya İrsi kimi adlandırılan məkanları nümayiş etdirir.

Qeyd etmək vacibdir ki, Dünya İrsi siyahısında Meksika 7-ci yeri tutur, belə ki, ölkənin 35 məkanı Bəşəriyyətin İrsi kimi tanınmışdır. Bunlardan 27-i mədəni, 6-ı təbii və 2-i qarışıq tiplidir. Şübhəsiz, bu məkanlar turistik nöqteyi nəzərdən cəlbedicidirlər, belə ki, onların zənginliyini, dünya səviyyəsində tarixi və mədəni əhəmiyyətini qiymətləndirmək üçün hər il bu məkanları 39 milyondan çox turist ziyarət edir.