Siyavuş Novruzovdan TƏKLİF: Yeni tikilən xəstəxanalar və idman kompleksləri sahibkarlara icarəyə verilməlidir


Digərləri 13 Noy 2018 17:14:24 270 0

Siyavuş Novruzovdan TƏKLİF: Yeni tikilən xəstəxanalar və idman kompleksləri sahibkarlara icarəyə verilməlidir

Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib ki, bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər: "Bu addım həmin rayonlara sərmayələrin artmasına gətirib çıxara bilər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin