İraq rəsmisi: "Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"


Dünya 13 Noy 2018 16:22:00 267 0

İraq rəsmisi: "Sanksiyalara baxmayaraq, İranla ticarət artıb"

ABŞ-ın İran əleyhinə sanksiyalar tətbiq etməsinə rəğmən, İran və İraqın ticarət dövriyyəsi son aylarda artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İraqın Ticarət Palataları Birliyinin sədri Cəfər əl-Hamdani 45-ci Bağdad Beynəlxalq Sərgisində deyib.

Onun sözlərinə görə, cari ilin ilk altı ayında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 4 milyard dollardan 6,4 milyard dollara çatıb: "İranın İraqa ixrac etdiyi qaz və elektrikin həcmi qeyd olunan müddət ərzində təxminən 40 faiz artıb. Bu rəqəmlər iki ölkənin əməkdaşlıq və iqtisadi münasibətləri genişləndirməkdə ciddi iradəyə sahib olduğunu göstərir".