13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür


Digərləri 13 Noy 2018 14:25:00 308 0

13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək.

Bakı. 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı Azərbaycanda cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlərə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Gözdən Əlillər Cəmiyyətində tibbi aksiya və seminar keçirəcək. Səyyar Klinikasının həkim heyəti Gözdən Əlillər Cəmiyyətinin üzvlərinə tibbi xidmət göstərəcək. Əvvəlcə göz xəstəliklərinə qarşı profilaktik tədbirlərin görülməsi haqqında seminar keçiriləcək.