Xırdalanda parkda şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara


Digərləri 13 Noy 2018 13:52:00 299 0

Xırdalanda parkda şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara

Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov report-un sorğusuna cavab olaraq deyib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz İnstagram səhifəsində paylaşıb: