Afinada Ali Məhkəmə prokuroru müavininin evinə bomba qoyulub


Dünya 13 Noy 2018 13:56:00 303 0

Afinada Ali Məhkəmə prokuroru müavininin evinə bomba qoyulub

Ərazi mühasirəyə alınıb, polis araşdırma aparır

Afinanın Virona rayonunda Yunanıstan Ali Məhkəməsi (Areopaq) prokurorunun müavini İsidor Doyakosun evinin yaxınlığına əldəqayırma partlayıcı qurğu qoyulub.

Son.az bildirir ki, bu barədə report RİA "Novosti"yə istinadən xəbər verir.

Naməlum şəxs səhər saat 4 radələrində "Efimerida ton sintakton" qəzetinin redaksiyasını və onun saytına zəng vuraraq bombanı qoyduğu yeri və onun 20 dəqiqə sonra partlayacağını söyləyib.

Hadisə yerindən gələn partlayıcı qurğuların zərərsizləşdirilməsi şöbəsinin mütəxəssisləri qazana qoyulmuş və motosikletin yük yerində quraşdırılmış bomba tapıblar. Hazırda onlar cinayətkar barədə məlumatlar - barmaq izləri, DNT toplamaq üçün bombanı zərərsizləşdirməyə çalışırlar.