Mağazalarda çörək qıtlığı: 6 manata satılır


Dünya 13 Noy 2018 13:43:00 277 0

Mağazalarda çörək qıtlığı: 6 manata satılır

Aşqabadda dövlət mağazalarında çörək qıtlığı və özəl müəssisələrdə un məmulatlarının bahalaşması müşahidə olunur.

Türkmənistanın paytaxtı

Son.az oxu.az-a istinadla bildirir ki, bu barədə "Türkmənistan xronikası" saytı məlumat yayıb.

Dövlət mağazalarına daxil olan çörək sürətlə qurtarır. Ailəsində 4-5 adam olan şəxslər gündə bir neçə dəfə mağazalara gəlməli və növbələrə düzülməli olurlar. Çünki hər adama cəmi bir çörək satılmasına icazə var.

Demək olar ki, paytaxtdakı bütün dövlət mağazalarının qarşısında uzun növbələr müşahidə olunur. Bir çox mağazaların qarşısında sübh tezdən növbələr yaranır. Digər çörək satan mağazalar isə işləmir. Bir çox çörəkxanaların bağlandığı bildirilir.