Lənkəranın sitrus bağlarında qınsız ilbizlərə qarşı mübarizə başlayıb (FOTO)


Digərləri 13 Noy 2018 13:20:00 255 0

Lənkəranın sitrus bağlarında qınsız ilbizlərə qarşı mübarizə başlayıb (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri Lənkəran rayonunda qınsız ilbizlərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirlərini davam etdirir.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin (DFX) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri Lənkəran rayonunda qınsız ilbizlərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirlərini davam etdirir. DFX-dən Trend-ə verilən məlumata görə, mütəxəssislər bu ay Hirkan və İstisu qəsəbələrini, eləcə də Şıxəkərən və Separədi kəndlərini əhatə edən 150 hektar naringi və limon bağlarında fitosanitar müsahidələr aparıb. Müşahidələr zamanı 50 hektar sahədə sirayətlənmə müəyyən edilib və yerli mütəxəssislərin verdikləri tövsiyələr əsasında fermer təsərrüfat sahibləri 20 hektar sahədə metaldehit tərkibli pereparatdan istifadə edilməklə kimyəvi mübarizə tədbirləri aparıb.