Damlanın səsi batdı "Günlərlə yorğun, yuxusuz, yarı ac olmuşam"


Şou-biznes 13 Noy 2018 13:11:00 325 0

Damlanın səsi batdı  "Günlərlə yorğun, yuxusuz, yarı ac olmuşam"

Baş rolda çəkildiyi "Taxta Ayı" filminin təqdimatına hazırlaşan müğənni Damla ekran işinin çəkiliş prosesində səsinin batdığını deyib.

Son.az publika-ya istinadən  xəbər verir ki, bu barədə müğənni özü məlumat verib:

"Bu işə həm maddi, həm də mənəvi gücümlə can qoymuşam. Düz 1 aya yaxın qışqırma səhnələrində səsimi itirmişəm. Bir aydan çox xəstə halımla ayaqüstə qızdırmalı, öskürəkli halda gəzmişəm. Günlərlə yorğun, yuxusuz, yarı ac, yarı tox bölgələrdə çəkilişlərdə olmuşuq. Hələ qızmar isti yay günlərində etdiyimiz çəkilişləri demirəm. Bir sözlə, bu yay nə doyunca dincələ bildik, nə də istədiyim kimi gəzə bildik. Sırf peşəkar heyətin tapşırığı ilə ağır iş rejimində çalışdım. Həm yeni mahnı, həm klip, həm toy məclisləri, həm də film...