"Azərişıq" deyir ki, bu qış xidmət əvvəlki illərdən fərqlənəcək, tələbat tam ödəniləcək


Digərləri 13 Noy 2018 13:02:00 287 0

"Azərişıq" deyir ki, bu qış xidmət əvvəlki illərdən fərqlənəcək, tələbat tam ödəniləcək

Cari payız-qış mövsümü ərzində "Azərişıq" ASC-nin istehlakçılara göstərdiyi xidmətin səviyyəsi əvvəlki illərdən fərqlənəcək. Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək.

Bu barədə Son.az-a "Azərişıq" ASC-nin Mmətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, 2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək: "Son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarımızda cari təmir işləri başa çatdırılır. Elektrik şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ  aradan qalıdırılmasına tam hazırdır. 24 saat çağrı mərkəzi fəaliyyət göstərir və abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər".