Komitə sədri: "Azərbaycanda əmək haqlarının uçotu düzgün aparılmır"


Digərləri 13 Noy 2018 12:56:00 251 0

Komitə sədri: "Azərbaycanda əmək haqlarının uçotu düzgün aparılmır"

"Bu gün Azərbaycanda əməkhaqlarının uçotu düzgün aparılmır"

Bu gün Azərbaycanda əməkhaqlarının uçotu düzgün aparılmır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, uçot düzgün aparılmadığı üçün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır: "Ona görə də vergilər sistemində nəzərdə tutulan bütün bu islahatlar heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək".