Azərbaycanlı iş adamı Ukraynada saxlanıldı


Dünya 13 Noy 2018 12:44:00 217 0

Azərbaycanlı iş adamı Ukraynada saxlanıldı

Azərbaycanın “İnterpol” xəttilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Azərbaycan dövlətinin "İnterpol" xətti ilə axtarışa verdiyi 41 yaşlı Adil Ələsgərov Ukraynada saxlanılıb.

Son.az report-a istinadən bildirir ki, "ADF" şirkətinin prezidenti olan A.Ələsgərov vergi ödəməkdən yayındığına görə barəsində cinayət işi başlanıb.

Hazırda biznesmenin Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.

Qeyd edək ki, "ADF" şirkəti Azərbaycana avtomobil ehtiyat hissələri gətirirmiş.