Günümüzün terapiyası FOTO


Digərləri 13 Noy 2018 11:56:00 334 0

Günümüzün terapiyası  FOTO

Ətrafda gün ərzində əhvala təsir edən yüzlərlə amil var

. Cəmiyyətdə təsir vasitəsi kimi əsas güc insanlarda olsa da, adicə hava dəyişkənliyi də ruh halının necə olacağını müəyyən edir.

Son.az oxu.az-a istinadla xəbər verir ki, musiqi həyat üçün çox vacibdir. Onu yuxudan duranda, yol gedəndə, ictimai nəqliyyatda və sairə yerlərdə dinləyirik. Bir çoxları üçün musiqi dostdur.

Depressiyaya düşmək və ondan xilas olmaqda əsas rolu mahnılar oynayır. Əhvalımız yaxşı deyilsə, öncə gündəlik qulaq asdığımız mahnılara nəzər yetirməliyik. Yaratdığımız "pley-list" bizi yolboyu müşayiət edir, xoş söhbətləri ilə səni güldürən və müsbət enerji ötürən pozitiv yoldaş, yaxud hər şeyin pis tərəfindən danışan pessimist biri kimi.

Güc, motivasiya verir, sevinc gətirir, çətin vaxtlarda dəstək olur, nəzərə alsaq ki, mahnılar eyni hissləri yaşayan insanları bir araya gətirir, tək olmadığını hiss etdirir, bu hissləri və fikirləri yaşayan yeganə insan olmadığını bilmək də yaxşı hiss etdirir. 

Uzun müddət dəyişilmiş "pley-list"də pozitiv mahnılara qulaq assanız, hər gün qulaqdan beyinə ancaq müsbət fikirlər daxil olsa, o tərzdə düşünməyə başlayacaqsınız və bu, həyatınıza da təsir edəcək. Yəni, mahnı sözlərinin qüvvəsi böyükdür.

Eləcə də, mahnıların musiqiləri. Yəqin ki, hər kəs ritmlə addımların sürətlənməsinin şahidi olub. 

Əhvala güclü təsiri olan "pley-list"i necə qurmağınız gününüzü və həyatınızı xilas edə və ya əksinə, məhvə apara bilər.


Xəbərə aid fotolar