Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar (FOTO)


Digərləri 13 Noy 2018 09:51:00 263 0

Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar (FOTO)

Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatında uğurlu nəticə əldə ediblər.

Bakı. Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatında uğurlu nəticə əldə ediblər. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, idmançılarımız yarışı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar. İrina Zaretskanın (-68 kq) çempionluğu və Rafael Ağayevin (-75 kq) bürünc medal qazanması Azərbaycanı 140 ölkə arasında 7-ci pilləyə yüksəldib. Kişilərdən ibarət milli komandamız isə yaponiyalı idmançılarla bürünc medal uğrunda həlledici görüşü 2:2 hesabı ilə başa vursa da, 4 xal fərqi ilə geridə qalaraq mükafat şansını əldən verib. Dünya çempionatının rekord sayda iştirakçıları arasında 27 ölkə idmançısı medala sahib ola bilib. Karateçilərimiz bu nəticə ilə həm dünya reytinq cədvəlində irəliləyib, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xallarını artırıblar.