Özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb


Digərləri 13 Noy 2018 09:48:16 245 0

Özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın bölgələrində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi prosesi davam etdirilir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın bölgələrində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi prosesi davam etdirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, son iki gündə müxtəlif rayon və şəhərlərdə daha 200-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin edilib. Onlar əsasən kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarını qurublar.