Quterreşin Qəzza çağırışı: "Təmkinli olun!"


Dünya 13 Noy 2018 09:06:00 285 0

Quterreşin Qəzza çağırışı: "Təmkinli olun!"

BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağında münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ümumdünya təşkilatının rəhbərinin mətbuat ofisinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Baş katib təkidlə bütün tərəfləri maksimum təmkinli olmağa çağırır. A.Quterreş Qəzza zolağında təhlükəsizlik sahəsində son hadisələri diqqətlə izləyir".

Qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının xüsusi əlaqələndiricisi Nikolay Mladenov əmin-amanlığın bərpası məqsədi ilə Misir və bütün maraqlı tərəflər ilə sıx əməkdaşlıq edir".