Kaliforniyada 42 nəfər meşə yanğınlarının qurbanı olub


Dünya 13 Noy 2018 08:02:00 245 0

Kaliforniyada 42 nəfər meşə yanğınlarının qurbanı olub

ABŞ-ın Kaliforniya ştatında bir neçə gündür davam edən güclü meşə yanğınları qurbanlarının sayı təqribən 2 dəfə artıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatında bildirilir ki, Byutt dairəsinin şerifi keçirdiyi mətbuat konfransında təbii hadisə qurbanlarının sayının 42 nəfərə çatdığını xəbər verib.