Şirkətlərdə məlumat sızmaları 133 faiz artıb


Digərləri 13 Noy 2018 07:51:00 244 0

Şirkətlərdə məlumat sızmaları 133 faiz artıb

Niderlandın mobil telefonlar və kredit kartları üçün "Gemalto" çip istehsalçısı 2018-ci ilin birinci yarısının yekunları üzrə şirkətlərdə 4,6 milyard məlumat sızması qeydə alıb. Bu, bir il əvvəlin göstəricisini 133 faiz üstələyir.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumat sızması ilə əlaqədar ümumilikdə 945 insident baş verib. Bu göstərici 2017-ci ilin yanvar-iyununda 1162 təşkil edib. Kiberinsidentlərin çoxu Şimali Amerika (559), Avstraliya (308) və Böyük Britaniyada (22) qeydə alınıb. Baş verən 945 məlumat sızmasının 256-sı səhiyyənin, 132-si maliyyə sektorunun, 86-sı təhsil müəssisələrinin, 68-i peşə xidməti sahəsi üzrə tədarükçü şirkətlərin, 61-i dövlət müəssisələrinin payına düşüb.

Cinayətkar fəaliyyət nəticəsində şirkətlər 6 ay ərzində 3,6 milyard məlumat itkisi ilə üzləşiblər ki, bu da 2017-ci ilin ilk yarısı ilə müqayisədə 1300 faiz çoxdur. Təsadüfi sızmalar nəticəsində itirilən məlumatların həcmi 47 faiz - 880 milyon məlumatadək azalıb.