İsrail Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib


Digərləri 13 Noy 2018 00:15:00 227 0

İsrail Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib

İsrail ordusu raket atəşlərinə cavab olaraq yerdən və havadan Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib

Bakı. İsrail ordusu raket atəşlərinə cavab olaraq yerdən və havadan Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib. Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verir. Məlumatda deyilir: "Son saatlar ərzində İsrail təyyarələri, helikopterləri, digər uçuş aparatları və tankları Qəzza zolağında HƏMAS və "İslam cihadı"nın 70-dən artıq hərbi obyektinə zərbələr endirib".