Tacikistanda İŞİDin Rusiyada terror aktı planlaşdıran qruplaşma üzvləri saxlanılıb


Dünya 12 Noy 2018 23:12:00 251 0

Tacikistanda İŞİDin Rusiyada terror aktı planlaşdıran qruplaşma üzvləri saxlanılıb

Tacikistanda İŞİD-in Rusiyada terror aktı planlaşdıran qruplaşma üzvləri saxlanılıb.

Son.az "report"-a istinadən bildirir ki, qruplaşma üzvləri Rusiyanın 210 saylı hərbi bazasında terror aktı törətməyi planlaşdırıb. Qruplaşma 12 nəfərdən ibarət olub. Ona Vahdat şəhərinin sakini Suhrob (onun soyadı açıqlanmayıb - red) başçılıq edib. Qruplaşma rəhbəri noyabrın 4-də Tacikistanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, Qırğızıstan, İran və Türkiyə vasitəsilə Suriyaya gedərək İŞİD-in tərkibində ölkənin hökumət qüvvələrinə qarşı döyüşüb.