Tovuzda "Mercedes" "Muravey"lə toqquşdu, yaralanan var


Digərləri 12 Noy 2018 21:31:12 823 0

Tovuzda "Mercedes" "Muravey"lə toqquşdu, yaralanan var

Tovuzda yol qəzası baş verib.

Bakı. Samir Əli - Tovuzda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Musayev Rəsul Məhərrəm oğlu "Muravey" markalı motosikletlə küçədə hərəkətdə olarkən işıqforun tələblərini pozub. Nəticədə motosiklet qarşı tərəfdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.