DƏHŞƏT: Vatsapdakı mesaja görə iki nəfəri yandırdılar


Dünya 12 Noy 2018 21:00:00 293 0

DƏHŞƏT: Vatsapdakı mesaja görə iki nəfəri yandırdılar

Meksikada "WhatsApp" sosial şəbəkəsində uşaq oğurluğu ilə bağlı yayılan dedi-qodu iki nəfərin ölümünə səbəb olub.

Son.az Publika-ya istinadən xəbər verir ki, Puebla əyalətinin Acatlan qəsəbəsində polis adi qanun pozuntusuna görə iki nəfəri saxlayıb. Amma qəsəbə sakinləri həmin şəxslərin uşaq oğruları olduğuna dair WhatsApp-da məlumatlar paylaşıblar. Kütlə meydana axışaraq saxlanılan şəxsləri polisin əlindən alaraq əvvəlcə döyüb, sonra yandırıblar.