Cəlilabadda relslərin qənimi tutuldu


Digərləri 12 Noy 2018 20:44:00 272 0

Cəlilabadda relslərin qənimi tutuldu

Cəlilabad-Masallı dəmiryolundan oğurluq edən şəxslər saxlanılıb.

Son.az Report-a istinadən xəbər verir ki, Masallı xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən Cəlilabad-Masallı dəmiryolunun 103-cü kilometrliyində 24 BE 076 dövlət qeydiyyatı nişanlı "QAZel" markalı avtomobil saxlanılıb. 

Avtomobilə baxış keçirilən zaman 41 ədəd rels bərkidicisi və 35 ədəd rels altlığı aşkarlanıb. Nəticədə "QAZel"in sürücüsü, Masallı rayon sakini Qəhrəman Qurbanov və onun həmyerlisi Səfail Şahbazov saxlanılıb. Oğurluq etdikləri rels və rels altlığı maddi sübut kimi götürülüb.


Xəbərə aid fotolar