Məşhur professordan MARAQLI TÖVSİYƏ:


Digərləri 12 Noy 2018 17:27:00 293 0

Məşhur professordan MARAQLI TÖVSİYƏ:

Dünya şöhrətli türkiyəli professor və ürək cərrahı Mehmet Öz çarpayının altına lavanda sabunu qoymağı tövsiyə edib. Bəs bu, nəyə faydalıdır?

Son.az Publika-ya istinadən xəbər verir ki, türkiyəli həkim bu üsulun narahat ayaq sindromuna müsbət təsir etdiyini irəli sürüb.

Narahat ayaqlar sindromu yuxuda, ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmayan hissi aradan qaldırmaq üçün insan ayaqlarını daim hərəkət etdirmək məcburiyyətində qalır.

Narahat ayaq sindromunun səbəbləri müxtəlifdir. Bunun altında parkinson xəstəliyi, böyrək çatışmazlığı və diabet kimi səbəblər yata bilər. Bəzən qəbul edilən bəzi dərmanlar və ya hamiləlik də narahat ayaq sindromuna təkan verir.