İtaliyanın Turin Politexnik Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində


Digərləri 12 Noy 2018 16:44:00 299 0

İtaliyanın Turin Politexnik Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Turin Politexnik Universitetinin nümayəndələri ilə görüş olub. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga, Rusiya Federasiyası ilə əlaqələr üzrə rektorun məsləhətçisi, prof.Stefano Lo Russo,  Avropa Birliyinin maliyələşdirdiyi layihələr üzrə menecer Francesca Chicco, BANM-ın Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və digər məsul əməkdaşlar iştirak ediblər.

Son.az bildirir ki, görüşün məqsədi BANM və Turin Politexnik Universiteti arasında daha öncə imzalanmış əməkdaşlıq müqaviləsinin detallarını müzakirə etmək, yeni əməkdaşlıq istiqamətlərini təyin etmək olub.

Görüş zamanı rektor Elmar Qasımov Ali Məktəbin statistik göstəriciləri, məzunları, tədris proqramları və təcrübə imkanları haqqında nümayəndələrə ətraflı məlumat verib. Daha sonra rektor Turin Politexnik Universitetilə ikili diplom proqramları istiqamətində əməkdaşlıq və Erasmus+ proqramı vasitəsilə tələbə mübadiləsi imkanlarından danışıb.

Turin Politexnik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Francesca Verga Ali Məktəbdə qonaq olduğundan böyük məmnunluq hissi keçirdiyini bildirib. Daha sonra xanım Verga Turin Politexnik Universiteti, mübadilə proqramları və universitetdəki mövcud kurslar haqqında məlumat verib.


Xəbərə aid fotolar