Binəqədi “hər ailə ağac əksin” aksiyası keçirilib (FOTO)


Digərləri 12 Noy 2018 16:32:00 258 0

Binəqədi “hər ailə ağac əksin” aksiyası keçirilib (FOTO)

“Hər ailə ağac əksin” şüarı altında başlanan aksiya noyabrın 12-də Binəqədi rayonunda da keçirilib.

Bakı. Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hər ailə ağac əksin” şüarı altında başlanan aksiya noyabrın 12-də Binəqədi rayonunda da keçirilib. Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, aksiya Binəqədidə 99 nömrəli orta məktəbin qarşısında baş tutub. Tədbir çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılıb.