Bilik Fondu Konstitusiya Günü ərəfəsində maarifləndirici görüşlər keçirir (FOTO)


Digərləri 12 Noy 2018 15:33:51 339 0

Bilik Fondu Konstitusiya Günü ərəfəsində maarifləndirici görüşlər keçirir (FOTO)

Bilik Fondunun “Hüquqi maarifləndirmə” proqramına uyğun olaraq silsilə maarifləndirici görüşlər təşkil olunur.

Bakı. 12 noyabr – Konstitusiya Günü ərəfəsində Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Hüquqi maarifləndirmə” proqramına uyğun olaraq silsilə maarifləndirici görüşlər təşkil olunur. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Abşeron rayonu Xırdalan şəhəri Mədəniyyət Evində Fondun Lektorlar Qrupunun üzvü, “Milli Hüquq Evi”nin rəhbəri, Nicat Gözəlovun “Azərbaycanda uşaqların təhsil hüquqlarının həyata keçirilməsinə dövlət qayğısı” mövzusunda mühazirəsi keçirilib. N.Gözəlov Azərbaycan Xalq Cümhuriyyəti dövründə insan hüquq və azadlıqlarının formalaşması, təhsilli cəmiyyətin qurulması ilə bağlı islahatlara başlanıldığını, müstəqilliyin bərpasından sonra bu sahədə təkmil qanunlar qəbul olunduğunu deyib. Bildirilib ki, bütün sahələrdə olduğu kimi, uşaqların yüksək səviyyədə təhsil alması dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin imzaladıqları sərəncam və fərmanların nəticəsində bu sahədə böyük uğurlar əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində davamlı işlər görüldüyünü söyləyən natiq şagirdləri qloballaşan dünyanın tələblərinə cavab verəcək səviyyədə savadlı olamağa, milli-mənəvi dəyərlərə daim sadiq qalmağa çağırıb. N.Gözəlov Abşeron Rayon Mərkəzi Kitabxanasında, Kürdəmir rayonu Axtaçı-Qarabucaq kənd tam orta məktəbində “Azərbaycan Respublikasının hüquq və Konstitusiya tarixi” mövzusunda keçirdiyi görüşlərdə isə kitabxana işçilərinə, gənclərə, məktəblilərə, müəllim və valideynlərə Azərbaycanda demokratik cəmiyyətin yaradılmasına xidmət edən Konstitusiya tarixindən və hüquq sistemindən bəhs edib. Vurğulanıb ki, özündə ümumbəşəri dəyərləri təsbit edən Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur.