Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı oldu


Digərləri 12 Noy 2018 15:11:00 338 0

Azərbaycan Beynəlxalq Bankının Ucar şöbəsinin yeni binasının açılışı oldu

Müştərilər üçün ən əlçatan banklardan olan Azərbaycan Beynəlxalq Bankı xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə regional ofislərinin də bankın yeni konseptinə uyğun inkişafı layihəsini davam etdirir. Layihə çərçivəsində Bankın müasir konseptinə uyğun qurulmuş daha bir xidmət ofisi - Ucar şöbəsi yeni ünvanda istifadəyə verilib. 

Şöbə bundan sonra fəaliyyətini Ucar rayonu, Oğuz küçəsi - 44 ünvanında davam etdirəcək. Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Bankın Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankının xidmət şəbəkəsinin optimallaşdırılması, filial və şöbələrin vahid korporativ üsluba, müasir konseptə uyğunlaşdırılması bundan sonra da davam etdiriləcək: "Bu tədbirləri həm paytaxtda, həm də regional filial və şöbələrimizdə davam etdirəcəyik. Məqsədimiz fəaliyyətimizdə tətbiq etdiyimiz yeni xidmət standartları ilə müştəri məmnuniyyətinə nail olmaqdır. Ümid edirik ki, Bankın yenilənmiş Ucar şöbəsindəki şərait müştərilərimizin ürəyincə olacaq və bank bu regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək".


Xəbərə aid fotolar