Maşını olmayan deputatlar: “Metroya minirəm”


Digərləri 12 Noy 2018 14:46:00 251 0

Maşını olmayan deputatlar: “Metroya minirəm”

Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var. Azərbaycan parlamentinin üzvlərindən üç nəfər isə heç şəxsi maşınlarının da olmadığını bildirir. Özlərinin dediyinə görə, evdən işə, işdən evə gedəndə, həmçinin çağırıldıqları tədbirlərə yollananda ictimai nəqliyyatdan istifadə edirlər. Son.az modern.az-a istinadən şəxsi avtomobili olmayan və tez-tez ictimai nəqliyyatdan istifadə edən deputatların adlarını təqdim edir:

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyir ki, nə xidməti , nə də şəxsi maşını var:

"Hər gün ictimai nəqliyyatdan və metrodan istifadə edirəm. İctimai nəqliyyatdan istifadəyə üstünlük verməyimi çoxları bilir. Həm də iş yerim yaşadığım əraziyə yaxın olduğundan piyada gəzməyə önəm verirəm. Uzağa getmək lazımdırsa, metrodan, avtobusdan istifadə edirəm".

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyevin də şəxsi avtomobili yoxdur. Özü belə deyir: