83 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)


Digərləri 12 Noy 2018 14:41:35 320 0

83 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri dekabrın 11-i reallaşacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri dekabrın 11-i reallaşacaq. Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 35-i kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si isə səhmdar cəmiyyətidir. Hər bir investora maraqlı ola biləcək kiçik dövlət müəssisə və obyektləri respublikanın Qazax, İmişli, Şəki və digər rayonlarında yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min 266 kv.m aralığındadır. Ən yüksək ümumi faydalı sahəyə malik olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir. Qeyd edilən ünvandakı əmlak kompleksi ümumi ərazisi 37 min 602 kv.m olan torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Fərqli biznes istiqamətlərində investora gəlir qazandıra biləcək yüksək potensiallı bu obyektin ilkin hərrac qiyməti 715 min manatdır.