Azərbaycan ordusunda komandaqərargah hərb oyunları başlayıb VİDEO FOTO


Digərləri 12 Noy 2018 14:19:00 311 0

Azərbaycan ordusunda komandaqərargah hərb oyunları başlayıb  VİDEO  FOTO

Azərbaycan Ordusunun 2018-ci ilin hazırlıq planına əsasən, noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.