Bakının ən iri həyətində - “Renessans Palace”da Bayraq günü tədbiri keçirildi (FOTO)


Digərləri 12 Noy 2018 14:18:00 307 0

Bakının ən iri həyətində - “Renessans Palace”da Bayraq günü tədbiri keçirildi (FOTO)

“AS Qrup İnvestment” şirkəti Bakının ən iri premium yaşayış kompleksinin həyətində Bayraq gününü qeyd edib.

Bakı. “AS Qrup İnvestment” şirkəti Bakının ən iri premium yaşayış kompleksinin həyətində Bayraq gününü qeyd edib. “Renessans Palace”ın sakinlərinin, şirkət rəhbərliyinin və nümayəndələrinin iştirak etdiyi tədbirdə unudulmaz anlar yaşanıb. “AS Qrup İnvestment”in təsisçisi Şahin Mövsümov tədbirdə iştirak edən hər kəsin bayramını təbrik edib, xoş arzularını çatdırıb. 100 illik tarixə malik müqəddəs bayrağı, dövləti yaşadan, ona hazırkı qüdrətini qazandıran ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Fürsətdən istifadə edən şirkət rəhbəri “Renessans Palace” sakinlərinə kompleksin artıq tamamilə təhvil verilmək üzrə olduğunu, mənzil sahiblərinin hamısının təmirə başlaya biləcəklərini və yaza doğru binada yaşayışın başlayacağının müjdəli xəbərini də verib. Tədbirin həm fəxri qonaqlarından biri, həmçinin kompleksin sakinlərindən olan cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də tədbir iştirakçılarından olub və o da söz alaraq səhnəyə çıxıb və “Renessans Palace”ın həyətində toplaşmış hər kəsi, öz qonşularını Bayraq günü münasibəti ilə təbrik edib.