İsrail "komandos"ları Fələstinə "ov"a getdilər,


Digərləri 12 Noy 2018 13:29:00 213 0

İsrail "komandos"ları Fələstinə "ov"a getdilər,

Fələstindəki "İslam Müqaviməti Hərəkatı"nın (HƏMAS) məşhur və nüfuzlu komandirlərindən biri Nurəddin Məhəmməd Salam Barak qətlə yetirilib.

O, İsrail ordusunun xüsusi təyinatlı dəstəsinin Qəzza bölgəsindəki Xan Yunus şəhərində keçirdiyi əməliyyatın əsas hədəfi idi.

Son.az Dunya Al Watan-a istinadən bildirir ki, HƏMAS-ın döyüş "qol"u olan "İzəddin əl Qəssam dəstələri"nə başçılıq edən Barakın ölümünü HƏMAS təsdiqləyib.

İsrailin xüsusi təyinatlıları adi minik maşınında Qəzzaya, Xan-Yunis şəhərinə giriblər. Onlar Barakın olduğu avtomobili müəyyənləşdirəndən sonra İsrailin Hərbi-Hava Qüvvələrin təyyarələri həmin avtomobili raketlərlə vurublar.

Sonra atışma başlayıb. Atışmada İsrail ordusunun bir zabiti həlak olub, bir zabit yaralanıb.

Həlak olmuş 41 yaşlı, əslən druz polkovnik-leytenant M. O, druzların yaşadığı Xurfeyş kəndinin məzarlığında bu gün dəfn olunacaq.