FHN: Lənkəranda sellə bağlı 38 nəfər təxliyə edilib, xilasetmə işləri davam edir


Digərləri 12 Noy 2018 13:00:00 189 0

FHN: Lənkəranda sellə bağlı 38 nəfər təxliyə edilib, xilasetmə işləri davam edir

Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər yağış suları ilə dolub.

Bakı. Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər yağış suları ilə dolub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.