ETSN: Lənkəran-Astara zonasında yağış intensiv və güclü olub, 4 çayda sel müşahidə olunub


Digərləri 12 Noy 2018 13:03:00 208 0

ETSN: Lənkəran-Astara zonasında yağış intensiv və güclü olub, 4 çayda sel müşahidə olunub

Noyabrın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.

Bakı. Noyabrın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə olunub. Hazırda intensiv və güclü yağış davam edir.