2037 namizəd direktor olmaq üçün mübarizə aparacaq


Digərləri 12 Noy 2018 12:44:00 292 0

2037 namizəd direktor olmaq üçün mübarizə aparacaq

Direktor olmaq istəyən 2037 namizəd miq.edu.az saytında qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib.

Bakı. İlhamə İsabalayeva - 2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. Direktor olmaq istəyən 2037 namizəd miq.edu.az saytında qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.