Fədayə Laçının vəkili: "Səhhəti ağırdır"


Digərləri 12 Noy 2018 12:14:00 215 0

Fədayə Laçının vəkili: "Səhhəti ağırdır"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F.Laçının vəkili Nurəngiz Qarayeva müdafiə çıxışı edib.

O, müvvəkilinin səhhətində problem olduğunu, xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Vəkil məhkəmədən F.Laçının barəsində sanksiyada nəzərdə tutulmuş ən aşağı cəzanın verilməsini xahiş edib.

Daha sonra F.Laçının digər vəkili Türkel Süleymanlı da müdafiə çıxışı edib.

T.Süleymanlı da müvəkkilinin səhhətinin ağır olduğunu deyib və o, məhkəmədən F.Laçının barəsində sanksiyada nəzərdə tutulmuş ən aşağı cəzanın verilməsini   istəyib.