Polşada son 10 ayda mindən çox azərbaycanlıya yaşama icazəsi verilib


Digərləri 12 Noy 2018 11:22:00 244 0

Polşada son 10 ayda mindən çox azərbaycanlıya yaşama icazəsi verilib

Polşa respublikasında 2018-ci il yanvarın 1-dən noyabrın 1-ə qədər dünyanın müxtəlif yerindən 1002 nəfər azərbaycanlı rəsmi yaşama icazəsi alıb.

Son.az xəbər verir ki, Polşanın xaricilər ilə iş üzrə dövlət departamentindən report-a verilən məlumata görə, bunlardan 872 nəfər müvəqqəti yaşama icazəsi, 79 nəfər daimi yaşama icazəsi, 32 nəfər uzun müddətli Avropa Birliyi yaşama icazəsi, 8 nəfər humanitar səbəblərdən yaşama icazəsi, 11 nəfər isə digər səbəblərdən yaşama icazəsi əldə edib.