Ulduzların villaları və şəhər yanıb kül oldu:


Dünya 12 Noy 2018 11:14:00 304 0

Ulduzların villaları və şəhər yanıb kül oldu:

Məşhur aktyor Cerard Batler, müğənni Robin Tike və realiti-şou ulduzu Kamilla Qrammerin lüks, on milyonlarla dollar dəyərindəki villaları ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınlarında yanaraq kül olub.

Yanğınlar səbəbindən onlarla şou-biznes ulduzunun, siyasətçilərin, iş adamlarının və s. villalarına ciddi ziyan dəyib.

Son.az ABC-yə istinadən bildirir ki, yanğınlarda həlak olanların sayı 29 nəfərə çatıb. 250 min nəfərsə təlxiyə olunub.

Şimali Kaliforniyadakı Malibu və Vuls-Hilldən təlxiyə olunanlar arasında aktyor Pirs Brosnan, erməni realiti-şou ulduzları Kim və Xloya Kardaşyanlar, erməni müğənni Şer var.

Noyabrın 8-də başlanmış meşə yanğınları hələ də sönməyib. Alovlar dəqiqədə 80 futbol meydanı boyda sahəyə yayılır.