Yapon tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi istiqamətində mühüm uğur qazanıblar


Digərləri 12 Noy 2018 03:30:00 261 0

Yapon tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi istiqamətində mühüm uğur qazanıblar

Yapon tədqiqatçılar qrupu Parkinson xəstəliyinin müalicəsinin tapılması istiqamətində mühüm uğura nail olduqlarını elan ediblər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, qrup üzvləri ilk dəfə iPS hüceyrələrini uğurla xəstənin beyninə yerləşdirə biliblər.

Qrupun rəhbəri Kioto Universitetinin professoru Ryosuke Takahaşi deyib: "Biz xəstənin beyninə ilk transplantasiyanı uğurla həyata keçirdik. O, indi özünü yaxşı hiss edir".

Universitet əməkdaşlarının bildirdiyinə görə, onlar ötən ay misli görünməmiş əməliyyat ediblər. Bu əməliyyat zamanı 2,4 milyon iPS hüceyrəsi yaşı 50-dən yuxarı olan xəstənin beyninə yerləşdirilib.