Qalağayında üç otaqlı ev yanıb


Digərləri 11 Noy 2018 23:40:00 256 0

Qalağayında üç otaqlı ev yanıb

Sabirabad rayonunun Qalağayın kəndində 3 otaqlı ev yanıb

Bakı. Tural Turan - Sabirabad rayonunun Qalağayın kəndində üç otaqlı ev yanıb. Trend-in məlumatına görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının qamışdan ibarət tavanı 60 m² sahədə və 1 otağının döşəməsi 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.