Sarkisyan seçkilərlə bağlı


Dünya 11 Noy 2018 23:16:00 230 0

Sarkisyan seçkilərlə bağlı

Ermənistanın Respublika Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ölkənin keçmiş müdafiə naziri, partiya üzvü Vigen Sarkisyan jurnalistlərə bildirib.

"Növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edilib", - o, partiya rəhbərliyinin keçirdiyi toplantıdan sonra deyib.

O əlavə edib ki, partiya hazırda transformasiya mərhələsindədir və müxalifət partiyası kimi öz təcrübəsindən istifadə etməyə hazırdır.