Hacıqabulda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi


Digərləri 11 Noy 2018 22:46:00 220 0

Hacıqabulda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərildi

Noyabrın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Hacıqabul rayonunda aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Vəkillər Kollegiyasından Son.az-a verilən məlumata görə, Heydər Əliyev adına mərkəzdə vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının bir qrup üzvü 10-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.