Paltaryuyan maşına aspirin həbi atdı və...


Digərləri 11 Noy 2018 21:45:00 288 0

Paltaryuyan maşına aspirin həbi atdı və...

Yayın gəlişi ilə bəşəriyyətin yarısı demək olar ki, ağ rəngli geyimlər alır. Bu da təsadüfi deyil. Açıq rəngli geyimlər həm mövsüm havasına uyğundur, həm günəş şüalarının zərərindən qoruyur, həm də sahibinin gözəlliyini maksimum dərəcədə vurğulayır.

Son.az publika.aza istinadən  xəbər verir ki, ağ paltarları yuyarkən aspirin üsulu ilə ləkələrin tamamilə çıxmasını təmin etmək mümkündür.

Aspirin

Ağ paltarların ilk günkü kimi ağappaq qalması çox önəmlidir. Ancaq yuyucu toz və digər ləkə çıxarıcı vasitələr parçanı korlayır. Aspirin isə parçanın korlanmasının qarşısını alır və paltarların rəngini qoruyub saxlayır. Hər 1 kiloqram paltar üçün 1 ədəd aspirin qoyub paltar yuyan maşını işə salın.