Brejnev milliyətcə kim olub?


Digərləri 11 Noy 2018 21:25:00 492 0

Brejnev milliyətcə kim olub?

SSRİ-nin rəhbəri olan Leonid İliç Brejnevin milliyəti barədə hələ də rəvayətlər mövcuddur. FaktXeber.com olaraq bu gün Sizlərə SSRİ dövlət, siyasi, hərbi və partiya xadiminin əsli barədə  yayılan məlumatlardan bəzilərini təqdim edirik.

Son.az faktxeber.com-a istinadən bildirir ki, təsdiq olunmuş sənədlərdə, o cümlədən  pasportda Sovet dövrünün böyük siyasətçisinin  Ukraynanın Kamensk kəndindən olduğu yazılıb. Bunun yanında Brejnev öz əslini danmırdı, ancaq tarixçilərin sözlərinə görə, bəzi hallarda xalqının  mədəni ənənələrini lağa qoyurdu.

Arxivdə tapılan rəsmi sənədlər onun əslini təsdiqləyir. Məsələn anketlərin birində, hansı ki, 1935-ci ildə özü tərəfindən doldurulmuşdu, "milliyyəti" qrafasının qarşısında "ukraynalı" yazılıb.

Az sonra partiya fəalı bu qrafada "rus" yazır. O zamanlar  siyasi xadimlərin  milli mənsubiyyəti sərt nəzarətdə idi, görünür məhz bu amil Brejnevin siyasi fikirlərinə təsir göstərib.

Bəzi dairələrdə isə digər versiyalar var. Leonid İliçin  Moldaviya və Qazaxıstanda rəhbər vəzifələrdə olmasını nəzərə alaraq, uyğun millətlərə aid edilirdi. Stalinin özü Brejnevi moldovan hesab edirdi.