Sosial media depressiya və tənhalığa


Digərləri 11 Noy 2018 20:34:00 318 0

Sosial media depressiya və tənhalığa

Pennsilvaniya Universitetinin tədqiqatçıları bildirir ki, onlar ilk dəfə olaraq sosial mediadan istifadəni depressiya və tənhalıq hallarında artımla əlaqələndirib.

Sosial medianın əqli sağlamlıq məsələsində heç də sosial olmadığı artıq illərdir müzakirə olunur, lakin çox az sayda araşdırma bu ikisi arasında əlaqə tapıb.

Bunun üçün Pennsilvaniya Universitetinin tədqiqatçıları psixoloq Melissa Hantın başçılığı ilə diqqəti Facebook, Snapchat və Instagrama yönəldiblər.

Nəticələr Sosial və Kliniki Psixologiya Jurnalının noyabr buraxılışında çap olunub.

Araşdırma necə aparılıb

Tədqiqatda 143 nəfər iştirak edib. Onlar tədqiqat başlamadan öncə əhval-ruhiyyə sorğusunu cavablandırıb və telefonlarının batareyalarının durumunu göstərən şəkil göndəriblər, bundan əlavə isə telefonlarından sosial mediaya daxil olmaq üçün nə qədər istifadə etdiklərini bildirib.

"Biz daha ətraflı, dəqiq, eyni zamanda isə ekoloji baxımdan əsaslı araşdırma apardıq", Hant deyib.Ekoloji baxımdan əsaslı o deməkdir ki, araşdırma real həyatı yamsılayıb.

Araşdırma iştirakçıları iki qrupa ayrılıb:İlk qrupa normal sosial media davranışlarını davam etdirmələrinə icazə verilib. Digər qrupa isə hər gün Facebook, Snapchat and Instagramın hər birində 10 dəqiqə vaxt sərf etməyə icazə verilib.

Kiara Valenzano dostu Gülya Terranova ilə nahar edərkən yeməyinin şəklini çəkir. 16 oktyabr, 2018. Milan, İtaliya Bu məhdudiyyətlər üç həftə davam edib, daha sonra iştirakçılar geri dönüb və onlar üzərində təşviş, depressiya və tənhalıqla bağlı sınaqlar keçirilib.

Araşdırmanın nəticələri

Nəticələr sosial mediadan istifadə ilə yüksək səviyyədə depressiya və tənhalıq arasında açıq-aşkar əlaqə aşkar olunub.

"Sosial mediadan normal zamanlardan daha az istifadə etmək həm depressiya həm tənhalıq səviyyəsində əhəmiyyətli dərəcədə azalmalara gətirib çıxarır", Hant deyib. "Bu nəticələr xüsusilə də araşdırmanın başlanğıcında daha çox depressiv insanlar arasında özünü biruzə verib".