Xəyanət edən kişini hansı yalanlar ələ verir?


Digərləri 11 Noy 2018 20:05:00 263 0

Xəyanət edən kişini hansı yalanlar ələ verir?

Xəyanət edən kişilərin hamısı demək olar ki, eyni yalanları danışırlar. Bu səbəbdən də onların xəyanət etdiyini müəyyən etmək mümkün olur.

Son.az gencaile.az-a istinadən aldadan kişilərin ən çox danışdığı yalanları təqdim edir:

Telefonda deyilən yalanlar: Kişilər mobil telefondan pis əməllərinin üstünü örtmək üçün tez-tez istifadə edirlər. Evə gec gələcəkləri gün sizi şübhələndirməmək üçün əvvəlcədən zəng edib "tıxacda qalmışam", və ya "iclasa girirəm" deyə bilərlər. Hətta bəzi kişilərin mobil telefonunda olduqları məkanın səs-küyünün qarşı tərəfə getməsinə mane olan proqramlar da var. Əgər həyat yoldaşınız tez-tez bu cür bəhanələr uydurursa, şübhələnməkdə haqlısınız.

Telefon kitabçasında kişi adları: Kişilər çox ağıllı olduqlarını düşünürlər və elə bilirlər ki, qadınlar onların hiylələrindən xəbərdar deyillər. Ancaq hamı bilir ki, kişilər görüşdükləri qadınların nömrələrini telefon kitabçasına kişi adları ilə qeyd edirlər. Siz Məmməddən gələn mesajı oxuduğunuzu fikirləşərkən "eşqim", "canım" kimi sevgi sözlərini görüb şoka düşə bilərsiniz.